Bazar, 19 May

Bakıda yanğının səbəbi uşaq oyuncağı imiş - YENİLƏNİB\FOTO

image

Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

Xəbər verilir ki, yanğın paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli 27/31 ünvanında yerləşən binanın 11-ci mərtəbəsində qeydə alınıb.

Yanğın hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Ev sahibi bildirib ki, yanğın mənzilin eyvanında olub:

“Uşağın oyuncağı elektrik cərəyanına qoşulu vəziyyətdə olub, ehtimal olunur ki, qısaqapanma nəticəsində yanğın baş verib. Eyvanın pəncərələri plastik olduğundan yanğın böyüyüb. Xoşbəxtlikdən evdə kimsə olmayıb və xəsarət alan yoxdur”.

 

13:43

Bu gün Bakıda ikinci yanğın hadisəsi baş verib.

Hazırda metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında yerləşən çoxmərtəbəli binanın 11-ci mərtəbəsində yanğın başlayıb.  

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41